Cıdır düzü ilə bağlı 3 məqam... - Məmməd Talıblı 

Cıdır düzü ilə bağlı 3 məqam... - Məmməd Talıblı 
 

Cıdır düzü ilə bağlı 3 məqamdan yazmaq istədim.
Bunun birinci Cıdır düzü ilə bağlı Mirzə Cəlilin bir nəsiyyəti ilə bağlıdır. İkincisi, toylarda vaxtı ilə deyilmiş tostlara sözardı olaraq fikirlərlə əlaqəlidir. Üçüncüsü, qəhrəman Azərbaycan əsgərlərinin bu sıldırımlı qayalardan, dağ ətəklərindən yuxarıya doğru necə qalxmaları ilə bağlıdır.

Cəlil Məmmədquluzadənin xatirələrin oxuyanda Şuşa ilə bağlı bir məqamı diqqətimi cəlb etmişdi. Mirzə Cəlil Şuşanı çox sevərdi. Yay günlərini əsasən burada keçirərdi. Bir gün ailəsi Həmidə xanımla şəhərə çıxan Mirzə Cəlil dərin ay çəkərək üzünü Cıdır düzünə tutaraq demişdi ki, mən öləndə məni Cıdır düzündə basdırarsız.
Cıdır düzündə nə qədər nakam sevgilər, nakam ömürlər, nakam vəziyyətlər qalır, Allah bilir...

Cıdır düzündə Mirzə Cəlilin ölüm vəsiyyəti yatır... Şəhidlərin bu torpaq üçün qanları ilə suvardıqları nakam ömürləri yatır...
Amma yeganə təsəllimiz bütün bunların əbəs yerə olmamasıdır.

Torpaqlarımız işğalda olan zaman uzun onilliklər hansı toya getmişiksə, orada deyilən hər br səmimi sağlıqda belə pafos hiss etmişik. Uca dəyərlərdən və qəhrəmanlıqlardan danışan zaman bizim buna nə qədər mənəvi haqqımızın olması haqda şübhələr hiss etmişik. Amma Azərbaycan əsgərləri Şuşa dağları da daxil olmaqla elə şücaətlər göstərdilər ki, bu haqda daha çox danışmağa yox, onları yeri düşəndə vurğulamağa ehtiyac yaranır. Bu qədər millətimizin başını uca edə bildilər, qazilərimizin başları uca olsun, Tanrı dərgahına qovuşanlara isə ruhları şad olsun!

Cıdır düzündə gəzən zaman xəyallarımızdan çox şey keçdi. Gözü qaraldacaq qədər möhtəşəm yüksəkliyə sıldırımla qayalardan əlbəyaxa döyüşlərlə bu zirvəyə gəlib çıxmağın qəhrəmanlıq səhnələrini göz önündə canlandırıram. Bura turistik məkan deyil, bura kiçik zamanlıq tarixi ədalətsizliyi qəhrəmanlıqla 44 gündə yenidən bərba etmiş şəhidlərimizin ruhlarını ziyarət yeridir.

Amma biz daha əvvəlki illərdəki kimi Şuşanı dağlarına, bulaqlarına görə yox, böyük Vətən torpağının bir hissəsi olduğuna bağrımıza basmalıyıq. Şuşanı daha cənnət-məkan kimi deyil, Vətən torpağı kimi ruhumuza hopdurmalıyıq.

Paralel.az 

0.029991865158081