Türkiyə prezidenti ilk dəfə Ərdoğan CHP Baş Qərargahına getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 ildən sonra CHP Baş Qərargahını ziyarət edib.
Paralel.az Hürriyet-ə istinadən xəbər verir ki, Baş Qərargaha gələn prezidenti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel qapıda qarşılayıb.
Onlar arasında görüş artıq başlayıb.
Bundan öncə isə mayın 2-də CHP sədri AK Partiya Baş Qərargahında Ərdoğanla görüşmüşdü.
Prezident Ərdoğan sonuncu dəfə 18 il əvvəl CHP-nin qərargahını ziyarət edib və o vaxtkı başqan, mərhum Dəniz Baykalla görüşüb.