Bunun səbəbi yadplanentlilərin insanlardan qorxması ola bilər - Frederik Uolter

Bunun səbəbi yadplanentlilərin insanlardan qorxması ola bilər - Frederik Uolter
 

Elm dünyası yadplanetlilərin niyə bəşəriyyətlə əlaqə saxlamaması sualına cavab axtarır.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər yadplanetlilərin Yer kürəsini ziyarət etməməsi və onlardan heç bir mesajın olmaması məsələsində həmfikirdir.

Halbuki, təxminən 2 trilyon qalaktikadan ibarət olan kainatda, planetimizdən başqa yerdə 100% həyat şansı var.

ABŞ-nin Stoni Bruk Universitetindən qalaktika astronomu professor Frederik Uolter hesab edir ki, bunun səbəbi yadplanentlilərin insanlardan qorxması ola bilər:

“Kainat həyatla dolu ola bilir, amma qorxduğumuz üçün hər kəs gizlənmiş ola bilər. Bunun niyə belə ola biləcəyini başa düşmək üçün qaranlıq bir meşədə sürünən bir ovçu olduğunuzu düşünün. Başqa bir ovçunun od yandırdığını görsəniz, "salam" demək üçün od yandırardınızmı? Orada başqa kimlərin olduğunu, silahlı olub-olmadığını və ya niyyətlərinin nə ola biləcəyini bilmirsiniz. Amma bir şeyi bilirsiniz ki, sussanız və heç bir işığı yandırmasanız, sizi heç kim tapa bilməyəcək".

Şahnaz 

 

0.012971878051758