Çində 4 ABŞ akademiki bıçaqlandı

Çində 4 ABŞ akademiki bıçaqlandı
 

Çində ictimai parkda naməlum şəxs tərəfindən bıçaqlanan 4 ABŞ akademiki xəstəxanaya yerləşdirilib.

Paralel.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ayova Kornel Universitetindən məlumat verilib.
Belə ki, alimlərin Çinin şimalındakı Jilin əyalətindəki parka gündüz səfərləri zamanı baş verən "ağır hadisə"də yaralandığı bildirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Jilin şəhərində bıçaqlanma hadisəsindən xəbərdar olduqlarını, lakin əlavə məlumat verə bilməyəcəklərini bildirib.

Kornel Universiteti Çindəki bir universitetlə əməkdaşlıq çərçivəsində dörd akademikin dərs dediyini açıqlayıb.
Parka səfərləri zamanı onu Beihua Universitetinin müəllimi müşayiət edib.

Çin rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib, lakin hadisədən sonrakı görüntülər sosial mediada sürətlə yayılıb.
Paylaşılan görüntülərdə ən azı 3 nəfərin qanlar içində yerdə uzandığı görünür.

Şahnaz 

0.01305890083313