Dəvətsiz qonağın mətbəx sərgüzəştləri - VİDEO

Dəvətsiz qonağın mətbəx sərgüzəştləri - VİDEO
 

Ev sahibi mətbəxdə qab yuyarkən evin dəvətsiz qonağı olan ayı ilə rastlaşıb.

Paralel.az xəbər verir ki, mətbəxində qab-qacaq yuyan ev sahibi başını geriyə çevirəndə ayının daxil olduğunu görüb və bu hadisəni lentə alıb. 

Hadisə ABŞ-nin Kaliforniya ştatında baş verib. Hadisə barədə danışan ev sahibi Ceyson Uaytman deyib ki, Sierra Madredəki evində qab-qacaq yuyarkən yan tərəfə baxanda qapının ağzında bir ayı görüb.

O həmin anın videosunu Facebook-da yerləşdirib.

“Hey, yaxşısan? - Sən mənim evimdəsən. Get mənim evimdən”, - videoda deyir. 

Uaytmanın sözlərinə görə, onun yaşadığı ərazidə ayılar çox yayılıb. Lakin o, evində ayı görəndə məəttəl qalıb. Xoşbəxtlikdən bu qarışlama insidentsiz ötüşüb.

0.011658906936646