Sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq...

Sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq...
 

Azərbaycan 30 il Ermənistanı təhrik etdi ki, işğalçılıq siyasətinə son qoysun və bunun üçün bütün beynəlxalq təşkilatların münaqişənin həlli yollarının tapılması üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində köməkçi olmalarına ümid edərək səbr və təmkinlə gözlədi. 30 illik gözləntilərimiz heç bir fayda vermədi və Azərbaycan dövləti torpaqlarımızı öz gücü ilə azad etməyə qərar verdi. Nəticədə 44 günlük Vətən müharibəsi ilə ədalət öz yerini tapdı".

Paralel.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına heç bir zaman olmadığı qədər yaxındır:

"Göründüyü kimi Ermənistan daha çox maraqlı tərəf kimi çıxış edir. Belə ki, Ermənistan XİN bu ayın sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bildirib. Ermənistanın hökuməti bunu tezləşdirmək üçün xüsusi fəallıq nümayiş etdirir. Bildiyimiz kimi ölkəmizdə payız aylarında COP29 keçiriləcək. Məhz bu səbəbdən bu böyük tədbirdən öncə iki ölkə arasında sülh müqaviləsinin bağlanması ehtimalı çoxdur. Bu həmçinin simvolik olaraq tarixi hadisə kimi dünyaya barış mesajı verə bilər. Bu səbəbdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması real ehtimallar arasındadır. Bütün bunlar o səbəbdəndir ki, son vaxtlar nazirlər səviyyəsində müntəzəm görüşlər və nümayəndə heyətlərinin görüşləri və həyata keçirdikləri işlər bizə əsas verir ki, deyək vasitəçi olmadan iki ölkə arasında danışıqlar, razılaşmalar və əldə olunan nəticələrə heç bir kənar qüvvə maneə törədməzsə, yaxın günlərdə sülh müqaviləsi imzalana bilər".

0.02927303314209