Bu, “sınmış şüşə effekti” fəlsəsəfinə söykənir

Bu, “sınmış şüşə effekti” fəlsəsəfinə söykənir
 

İşğaldan azad olmuş Qarabağ da tikinti-quruculuq işlərinin görülməsi məqsədilə təkcə dövlət büdcəsi yetərli deyil.
Deməli dövlət büdcəsinin gəlirlərinin artırılması və xərclərin optimallaşdıırlması üçün mütləq düşünülmüş fiskal siyasət lazımdır. Sadə izah etsək, daha çox qazanmaq və daha qənaətlə xərcləmək lazımdır. Necə və hara xərcləmək sualına ən yaxşı cavablardan biri Azərbaycan Mərkəzi Bankı üçün yeni tikiləəck inzibati binanın smetasında axtarmaq lazımdır.

Azərbaycan Mərkəzi Bank üçün inzibati binasının tikilməsinə 637 milyon manat xərclənəcək. Cəmiyyət bu məsələ çox gərgin müzakirə olunmaqdadır.

Əvvəla bildirim ki, bu məqsədlə 2021-ci ildə 450 milyon manatın xərclənməsi nəzərdə tutulmuşdu. O zaman bu məsələ ətrafında gedən qızğın müzakirələrə reaksiya bildirən MB-ın o vaxtkı sədri Elman Rüstəmov isə bina tikintisinə cavab olaraq bildirmişdi ki, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7,8 mlrd. vəsait köçürüb.

Baş bankirin cümləsinin “tərcüməsi” bundan ibarət idi ki, biz dövlət büdcəsinə pul qazandırdığımız halda digər nazirliklər üçün bina tikilə bilir, amma bizim öz pulumuzla özümüzə bina tikdirə bilmirik?

İki il bundan öncə 450 milyon manata başa gəlməli olan tikinti işləri niyə birdən-birə 187 milyon manat və ya 30% artdı?

Məlumat üçün bildirim ki, bu tikinti layihəsinin icraçısı Türkiyənin "Tekfen Holding" şirkəti tərəfindən inşa edilir. Holdinqin saytında (https://tekfen.com.tr) MB-ın yeni tikintisi layihəsi ilə bağlı məlumat yerləşdirilməyib.

Bir şəhərin tikilməsi üçün xərclənməli olan böyük bir vəsait sadəcə bir inzibati bina üçün sərf olunacaq. Gözünüz aydın!
Əslində istər bu Mərkəzi Bank üçün olsun, istərsə də digər dövlət strukturları üçün, fərqi etmir, bu qurumlar üçün tikilən binaların gunah payı həmin dövlət qurumları ilə bağlı deyil.

Bakının ən gözəl yerində bulvarında yerləşən Dövlət Neft Fonduna yeni inzibati bina tikildi. “Azərsu” QSC və digər dövlət qurumları üçün H.Əliyev prospektində inzibati binalar tikilib. Mərkəzi Bank üçün də tikiləcək, bundan sonrada inzibati bina tikilməsi dayanmayacaq. Çünki hökumət bu fikri beyninə qoyubsa, sağa-sola baxmadan, ictimai rəyi və rasional hesablamalar rağmən bu inzibati bina kursunu davam etdirəcək. Belə qərarları israrla davam etdirməsinə “qətiyyətli adddım” adı qoyublar. Bu, “sınmış şüşə effekti” fəlsəsəfinə söykənir. Dayandırsaq, deyərlər ki, ictimai rəydən qorxdu və s. Bu bir psixoloji kompleksdir.

Amma heç düşünmədilər ki, 637 milyonla işğaldan azad olmuş bölgələrdə nə qədər məktəb, səhiyyə müəssisələri tikmək olar? Hətta bütöv bir şəhər tikmək olar bu vəsaitə. Amma biz bunu çox asanlıqla bir iqtisadi xətti qurum üçün xərcləyirik.

Heç düşündülərmi ki, bu vəsaitin əhəmiyyətli bir hissəsi ölkədə istehsal olunmuş məhsulların sahibkarlardan alınmasına yox, əksinə ölkədən çıxışına səbəb olacaq. Çünki, həmin şirkətin istehsal prosesində podratçı və subpodratçı şirkətlər belə yenə də xarici tərəfdaşlardır. Mebellərdən tutmuş tikinti materiallarına, xidmətlərə qədər çoxu xarici tərəfdaşlara iş müqabilində veriləcək.

Şəhərin tam mərkəzi hesab olunan “28 may” metrosu ətrafında ən möhtəşəm bina MB üçün yetərli sayılmır? Axı cəmi 600-700 nəfərlik işçi heyəti olan MB indiki binadan daha bahalı yerdə “oturmaqla” hansı effektiv monetar siyasət yürüdəcək? Bir inzibati binanın 160 metr hündürlüyündə və 36 mərtəbədə olanda bu hansı problemlərin həllinə yardımçı olur?
(ardı var)

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 

Paralel.az 

0.018018960952759