Bayden və Makrondan Cənubi Qafqaz AÇIQLAMASI

Bayden və Makrondan Cənubi Qafqaz AÇIQLAMASI
 

ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasının tərəfdarı olduqlarını bildiriblər.

Paralel.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər.

Qeyd olunub ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər.

Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar.

 

0.063678026199341