Azərbaycan "Avroviziya"nın Rusiya variantında iştirak edəcək

Azərbaycan
 

Azərbaycan "İntervision" beynəlxalq musiqi müsabiqəsində iştirak edəcək.

Paralel.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rus mediasına müsahibəsində təsdiqləyib. O qeyd edib ki, 16-dan çox ölkə "Avroviziya"nın Rusiya ekvivalentində iştirak edəcək. 

"Artıq aydındır ki, "İntervision"a böyük maraq var. Bura Latın Amerikası, Mərkəzi Asiya, MDB ölkələri daxildir və bildiyimə görə, ayrı-ayrı Avropa dövlətləri, həmçinin, Çin, Belarus, Azərbaycan, Qazaxıstan, Kuba və Braziliyadan müsabiqədə iştiraklarını təsdiqləyiblər" deyə, o, açıqlayıb.

Daha əvvəl MDB (Müstəqil Dövlətlər Birliyi),  BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin “İntervision” beynəlxalq musiqi müsabiqəsində iştirak etmək üçün dəvət aldığı bildirilib. Bundan əlavə, bir sıra Latın Amerikası ölkələri də müsabiqəyə dəvət olunub.

Müsabiqəyə ilkin baxış 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində keçiriləcək.

 

0.015408992767334