"Vətənə qayıtmaq üçün borc aldıq, müalicəni davam etdirə bilmirik"

 

Doqquz aylıq Ayanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nurşən Əliyeva məlumat verib.

O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir.

"Ayan ötən ilin sentyabr ayında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında getsə də, doğuşdan sonra Ayanın qaraciyərində problem olduğunu öyrəndik. Müayinə və müalicə etdirsək də, hələ də bir irəliləyiş qeydə alınmayıb. Müalicələr sayəsində xəstəliyinin daha da inkişaf etməsinin qarşısını alırıq".

Nurşən Əliyeva yardımsevər şəxslərin dəstəyi ilə Türkiyəyə yollana bildiklərini deyib.

"Biz analizlərimizi Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərmişdik. Sizin saytın izləyicilərinin dəstəyi ilə bizə lazım olan məbləği toplayıb ora yollandıq. İnanın geri qayıtmaq üçün belə pul tapa bilmirik. Dost-tanışdan, qohum-əqrabadan güclə yığıb bilet pulumuzu düzəldib gəldik. Hazırda Ayana yazılan dərmanları almağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirəm. Dərmanlarımızı almaq üçün isə 720 manata ehtiyacımız var".

Ailə ilə əlaqə: (051) 676-14-88.
Kapital Bank: 4169 7388 3474 2516.

 

0.062731981277466