"Mən onun yalanlarını şərh etmirəm”
"Ümumiyyətlə, mən yalana, absurdluğa fikir vermirəm. O, sadəcə, yalan danışır. Mən onun yalanlarını şərh etmirəm”.
Paralel.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın və onun ünvanına olan ittihamlarına cavab verərkən deyib.
Erməni deputatların Ukraynaya səfəri ilə bağlı Zaxarovanın iddiasına reaksiya verən Simonyan deyib ki, buna Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinə rəsmi cavab verməlidir. "Söz verirəm ki, cavab verəcək və ya yazacaq. Heç bir deputat heç kimin xəbəri olmadan harasa gedə bilməz, o cümlədən bir qrup deputat. Bu, sadəcə olaraq, yalandır", - o qeyd edib.