COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb

COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb
 

Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

Bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.

İmzalanma mərasimində COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər.

Mərasimdən sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb.

Bildirilir ki, hazırda Azərbaycan tərəfi tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır.

 

0.096027135848999