Narsistlərlə mübarizə aparmağın 3 yolu

Narsistlərlə mübarizə aparmağın 3 yolu
 

"İndiyədək çox yazıldı, pozuldu, hər kəs artıq narsistlərin nə qədər təhlükəli və yaralayıcı insan olduğunu bilir. Amma hələ də narsist qurbanları olan insanlar pasiyentlərimin böyük bir qismini təşkil edir və mənə gələn mesajların da yenə böyük bir qismi narsistlərin əlindən "illallah" edən insanlar tərəfindən yazılır"

Bu klinik psixoloq Fuad Əsədov deyib. O, narsistlərlə bağlı ən çox verilən sualdan da söz açıb:

"Ən çox verilən sual da budur: Narsist insanlarla necə mübarizə aparmaq olar? 

Bu suala cavab vermək üçün bir şeyi anlamaq lazımdır. Narsistlərin gözündə özləri o qədər böyükdür ki, başqa insanların tənqidləri onlar üçün çürüdə biləcəkləri arqumentlərdir. Hər nə qədər belə olmasa da, onlar çox məğlubedilməz dururlar. Özlərini o qədər sevirlər ki, hər zaman dik dayanır və siz əsla hiss etmirsiniz ki, onlara qarşı verdiyiniz savaş işə yarayır. Əksinə, getdikcə özünüz yaralanır, yorulur və özünüzü axmaq ya da günahkar kimi hiss etməyə başlayırsınız. Narsistlərlə mübarizə apardığınız hər gün incinməyə məhkumsunuz". 

Psixoloq narsistlərlə mübarizə üsullarından da söz açıb:

"1. Əgər alınırsa, uzaq durmaq. Tərk edilmək onlar üçün ən böyük cəzadır. Bu onların böyük eqosunu əhəmiyyətli dərəcədə sındırır və hətta özlərini dəyişdirməyə başlayırlar. 
Amma bəzən narsistlər bizim asanlıqla tərk edə bilməyəcəyimiz insanlar olurlar. Bu halda ikinci plana keçirik. 

2. Bir çox başqa insanlar kimi narsistlər də özlərindən üstün gördükləri insanlara qarşı çox hörmətli və qayğıkeş olurlar. Buna görə də özünüzü inkişaf etdirəcəksiniz ki, narsistlər sizə zərər verməsin. Narsistlərin itirmək istəmədiyi insana çevrilin. 

3. Narsistlərin manipulyasiyasına məruz qalıb özünüzü günahlandıranda yadınıza salın ki, bu problemi başqaları ilə yaşamırsınız. Məsələ, sizinlə bağlı deyil. 

Hər şeydən əvvəl isə səbrli olun".

 

 

 

0.073323011398315