Cənab Prezident, Sizdən xahiş edirəm, Yasamal rayonunun icra başçısı Elşad Həsənovu vəzifədən azad edin! - ŞİKAYƏT
Cənab Prezidentin bütün səylərinə baxmayaraq, rüşvət və korrupsiyaya aludə olan məmurlar, xüsusən bir sıra icra başçıları, görülən tədbirlərə rəğmən, düz yola qayıtmırlar.
İcra başçılarından eləsi var ki, xalqı hər gün aldadır, iş gününü bir təhər başa vurmaq naminə, hətta qəbuluna gələn insanlara belə, yalan danışır, əsas məqsədisə rüşvət alıb, sərvət toplamaqdır.
Belə icra başçılarına bariz nümunə kimi Yasamal RİH-in başçısı Elşad Həsənovu göstərə bilərəm.
Elşad Həsənovun naqis əməlinin şahidi olan insanlar çox zaman düşünür ki, İlham Əliyev kimi güclü Prezidentin, Ermənistanın işğalı altında 30 il qalan Azərbaycan torpaqlarını azad edən Müzəffər Ali Baş Komandanı Yasamal rayonunda təmsil edən nümayəndə niyə yalançı, rüşvətxor və korrupsioner olmalıdır?!
Yasamalın icra başçısı Elşad Həsənovun keçirdi qəbulda şəxsən iştirak etmişəm və həmin qəbulda iştirak etdiyim görə, hələ də peşimançılıq hissi keçirirəm. Həmin qəbulda icra başçısının danışdığı yekə, ağ yalanların şahidiyəm! Axı, görmüşük, eşitmişik ki, rəhbər yalan danışmaz! Amma Elşad Həsənov heç kimdən və heç nədən çəkinmədən yalan danışır!
İlyarım əvvəl, yəni 21. 02. 2023-cü il tarixdə RİH-in binasında, 4-cü mərtəbədə keçirdiyi qəbulda Elşad Həsənov mənə söz vermişdi ki, mütləq həftə ərzində gəlib, məhlənizdəki ağır vəziyyətlə tanış olacam və tədbir görəcəm, amma gəlmədi və heç bir tədbir də görmədi.
Bəzən gənc yaşında vəzifəyə əyləşdirilənlərin kobud səhvlərinə, yerə-göyə sığmayan eqoizminə, rəhbərə hörmət gətirməyən tərbiyəsindəki qüsurları görüb, çox təəssütlənirəm. Axı, Elşad Həsənov da gəncdir və vur-tut, səhv etmirəmsə, 48 yaşı bu ilin sentyabrında tamam olacaq. Cənab Prezident bu adama etibar edib və dörd yüz minə yaxın insanın taleyini buna tapşırıb.
1991-1993 - cü illərdə Birinci Qarabağ müharibəsində fəal iştirak etmişəm. O zaman özünümüdafiə batalionunda hərbi xidmət keçən, döyüşüb şəhid olanlara və müharibədən sonra ölənlərə Allahdan rəhmət diləyirəm! Yaxşı ki, onlar sağ qalıb, Elşad Həsənov kimi müharibədə Vətənə canını qurban verənlərin qədr-qiymətini bilməyən, şəhid ailələrinə, qazilərə və veteranlara xor baxan rüşvətxor, korrupsioner məmurlara möhtac olmadılar...
Rayon rəhbəri kimi yol verdiyi bütün səhvlərə, xüsusən Şəhid ailələrinə, Qazilərə və Müharibə veteranlarına qarşı kobud davrandığına görə, cənab Prezidentdən Sizdən xahiş edirəm ki, yalançı, rüşvətxor və korrupsioner Elşad Həsənovu vəzifədən azad edəsiniz ki, heç olmasa digərlərinə dərs olsun!
Qazi Abbas