Beyləqanlı qazi: "Cənab Prezident nəhayət, beyləqanlıların canını Asif Ağayev kimi rüşvətxordan qurtardı"
Nəhayət, 2018-ci ilin oktyabr ayında Şamaxıdan Beyləqana icra başçısı vəzifəsinə dəyişilən Asif Ağayevi cənab Prezident vəzifədən azad etdi.
Qazilər bütün Beyləqan əhalisi adından cənab Prezidentə təşəkkür edirlər! Çünki Beyləqan əhlisi çox zəhmətkeş və əməklə məşğul olmağı sevən, vətən uğrunda canından keçən insanlardır. Bu rayondan hərbi xidmətə çağrılan gənclər Qarabağ uğrunda gedən qanlı döyüşlərdə şücaət göstərmiş, 3 nəfə Milli qəhrəman yetişdirmiş və 400 nəfərdən çox şəhid vermişdir.
Hələ sovet dövründə Beyləqan rayonu Sərdar İmrəliyev, Sevil Qazıyeva, Əhməd Əhmədov kimi Sosialist Əməyi Qəhrəmanları və bu qəbildən olan zəhmət adamlarının yetişdirən azsaylı rayonlardandır.
Ümummilli Lider Heydər Əliyev vaxtı ilə Bayləqanlıları belə xarakterizə etmişdir: "Beyləqan zəhmət adamlarının çalışdığı ən qabaqçıl rayonlardandır"! Bəli, dahi və uzaqgörən rəhbər çox doğru söyləmiş və beyləqanlıların əsil xarakterini çızmışdır.
Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev 6 ildir kabinetdən çıxmayan, rayon əhalisini təpə-dırnaq soyan Asif Ağayevi Beyləqan Rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad etməklə beyləqanlılara çox böyük yaxşılıq etmiş və əhalinin canını rayonun hər qarşını rüşvətlə satan dəhşətli korrupsionerdən qurtarmışdır.
Qazi Abbas