"Problemi yaradanlar onun həllinə qadir deyillər" - Dos. İlham Əhmədov
Mütəxəssislər bildirir ki, Qarabağı minalardan təmizləmək üçün 30 il vaxt, 25 milyard dollar pul lazimdir. Çökən elm və təhsilimizi dirçəltməyə isə daha çox vaxt və pul lazımdır (nəzərə alaq ki, təhsil sistemi üçün son 25 il və bura ayrılan 30 milyardlar səmərəsiz olub).
Paralel.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov deyib.
Onun sözlərinə görə, əvvəlcə elm və təhsil sahəsindəki problemlər həll olunmalıdır.
"Bu problemlərin hansını əvvəl həll edək? Bəlkə paralel həll edək?
Çünki, dövlət, xalq üçün, onun gələcəyi və təhlükəsizliyi üçün çökən elm-təhsil sistemi daha böyük təhlükədir, nəinki, bəlli və məhdud ərazidə basdırılan minalar.
Mina yalnız bir ərazidədirsə, təhsilsizlik və elmsizlik bütün ölkə boyu və bütün sahələrdə hiss ediləcəkdir.
Təhsil sistemindəki minaların təmizlənməsi vətənpərvər və peşəkar kadrlara tapşırılmalıdır.
Çünki, ... bunlar təhsildəki minaları təzmizləməyi yox, yeni problemlər yaratamağı bacarırlar. Problemi yaradanlar onun həllinə qadir deyillər.
Təhsildə problemlər yaratmaq asandır, buna bilik və təcrübə lazım deyil. Sadəcə qeyri peşəkar dost-tanışı ətrafına yığ, vəzifə payla, büdcəni istədiyin kimi və qeyri-şəffaf şəkildə elə israf et ki, heç bir problem həll edilməsin, əksinə, problemlər artsın.
Amma bu problemləri həll etmək çox çətindir. Buna müvafiq sahədə dərin bilik və zəngin təcrübə, peşəkar komanda lazımdır, hansı ki, son 25 ildə heç vaxt olmayıb.
Təhsildəki mina partlayarsa, bu tək bir ərazidə yox, bütün ölkə boyu, ölkənin bütün fəaliyyət istiqamətlərində hiss ediləcək. Bunun dağıdıcı təsiri gələcək 50-100 ildə, bəlkə də əbədi hiss ediləcəkdir. Çünki, təhsil millətin gələcəyidir"- deyə İlham Əhmədov bildirib.