Şəhid Elman Çıraqovun qalıqları Şirvanda torpağa tapşırıldı - FOTO

Şəhid Elman Çıraqovun qalıqları Şirvanda torpağa tapşırıldı - FOTO
 
 
Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Çıraqov Elman Almaz oğlunun qalıqları ailəsinə təhvil verilib.
 
Paralel.az APA-ya istinadla xəbər verir ki, şəhid Elman Çıraqovla Şirvan şəhərində vida mərasimi keçirilib.
Daha sonra şəhidin qalıqları Şirvan Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.
 
Çıraqov Elman Almaz oğlu 1992-ci ilin sentyabrında Ağdərədə gedən döyüşlərdə şəhid olub.
 
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
 
0.012227058410645