Bakıda Azərbaycan və Macarıstan XİN başçılarının görüşü keçirilir
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə macarıstanlı həmkarı Peter Siyarto arasında görüş keçirilir.
Paralel.az xəbər verir ki, görüş P.Siyartonun Bakıya işgüzar səfəri çərçivəsində keçirilir. Xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.
Foreign Minister of Azerbaijan @Jeyhun_Bayramov welcomes the Foreign Minister of Hungary Péter Szijjártó @AzerbaijanMFA during the latter's working visit to Azerbaijan. pic.twitter.com/fy1CLuESKQ
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) June 5, 2024