Top şimşək təhlükəli atmosfer elektrik hadisəsi

Top şimşək təhlükəli atmosfer elektrik hadisəsi
 

Bu izah olunmayan və potensial təhlükəli atmosfer elektrik hadisəsidir. Mövcud termin noxud ölçüsündən tutmuş diametri bir neçə metr olan kürələrə aiddir.

1960-cı illərə qədər bir çox elm adamları ildırım topunun gerçək olmadığını iddia edirdi. Sonrakı illərdə laboratoriya təcrübələri zamanı ildırım topuna yaxın olan effektlər alınanda isə bu hadisə ciddiyə alındı.

Bu fenomen elektromaqnit xüsusiyyətlərə malik olduğundan, top ildırımı ilə qarşılaşarkən ən yaxşısı hərəkət etməməkdir. Yəni o bizim elektrik yükümüzə reaksiya verməsin.

Amma indi insanlar daim mobil telefonla gəzməyə məcbur olduğundan ətrafında elektrik sahəsi yaranır. Bu isə çox təhlükəlidir və son illərdə cib telefonuna top ildırımı düşüməsi nəticəsində ölüm halları qeydə alınmaqdadır.

İnsan özü də kifayət qədər elektrik keçiricisidir, çünki bədənimiz maye ilə doludur. Buna görə biz də onu cəlb edirik və bizdən top ildırımına doğru termal və hidrodinamik bir axın yaranır. Belə halda hərəkətsiz dayanmaq lazımdır, əgər açıq yerdəsinizsə və ya mənzilinizə top ildırımı daxil olubsa, tərpənməyin.

Tufan zamanı təhlükəsizlik baxımından həmişə pəncərələri və havalandırma dəliklərini bağlamaq daha yaxşıdır, hətta soba tıxaclarını da.

Paralel.az 

Nazim

0.014205932617188