Ararat Mirzoyan yalan danışır - Stepan Danielyan
"Mirzoyan israr edib ki, Türkiyənin Ermənistandan heç bir tələbi yoxdur".
Paralel.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan yazır.
"Ararat Mirzoyan yalan danışır. Türkiyə manipulyasiya edir və Mirzoyan da bunu yaxşı başa düşür və öz növbəsində Ermənistan vətəndaşlarını manipulyasiya edir. Türkiyənin manipulyasiyası nədir?
Türkiyə prezidenti və digər dövlət rəsmiləri dəfələrlə Azərbaycanın irəli sürdüyü bütün tələblərlə razılaşdıqlarını və Azərbaycanın şərtləri ilə sülh hökm sürə biləcəyini, Azərbaycan razılaşacağı təqdirdə Ermənistanla münasibətlərin qurulmasına razılaşacaqlarını bildiriblər.
Azərbaycan Prezidenti və digər yüksək rütbəli hökumət rəhbərləri öz tələblərini təqdim ediblər və tələb edirlər: Ermənistan ərazilərinin 50 faizinə qədər, konstitusiyanın dəyişdirilməsi, soyqırımdan imtina, dəhliz yaradılması, Xocalı soyqırımının tanınması və s. Bu tələbləri uzun müddət sadalamaq olar. Bütün bunlar Türkiyənin Azərbaycan vasitəsilə irəli sürdüyü tələblərdir", - politoloq yazıb.(Publika.az)