Yol adamları yavaş-yavaş toplaşır - Məmməd Talıblı yazır...

Yol adamları yavaş-yavaş toplaşır - Məmməd Talıblı yazır...
 

Bakı, 1 iyun, səhər saat 5:30...
Yol adamları yavaş-yavaş toplaşır. Avtobusumuz Bakıdan Laçın rayonuna doğru istiqamət almağa başlayır. Yol kənarında səhər yeməyi üçün düşürük. Uzun saatlardan sonra nəhayət Laçına çatırıq...

Yolboyu yalnız düzənlik, dağıdılmış evlər görürsən. Dağıdılmış taleləri demirəm hələ... Buranın hansı ölkə olduğunu bilməyən insanın ilk təəsuratı bu olar: müharibədən çıxmış ərazilərdir!
Laçına gedən yollardan başlamış sonradan məskunlaşmaya qədər hər şey yenidən qurulub.

Ermənilər artıq Füzulidən Azərbaycan ordusunun qarşısıalınmaz olduğunu gördüyü üçün Laçında dağıdılmalı olan nələr etmək mümkün olubsa, hamısın edib, sonra qaçmağa müəssər ola biliblər. Sadəcə bir düzənlik, qayaların arasında bir yaşıl ərazi var.

Azərbaycan ordusunun 24 saat vaxt verərək ermənilərin Şuşanın tərk etmələrin tələb etdiyi üçün Şuşa şəhərində Laçındakı qədər hər şeyi dağıtmağa imkanları olmayıb. Ona görə Şuşada nisbətən salamat qalmış fotodakı gördüyümüz belə istisna təşkil edən yaşayış yerləri var.
Çəkdiyim şəkillərdən bunları aydın görmək olur.

********

Əziz dostlar, 2 günlük Laçın-Şuşa turumuz başa çatdı. Yolüstü əsasən fotolar və onunla bağlı telefonda kiçik həcmi fikirlərimi yazdım.
Lakin bunlar səfər təəsuratların tam ifadə etmir.

Əvvəla, ona görə ki, işğaldan azad olmuş bölgələrimizi seyr edən zaman insanın belə bir zaman fürsəti olmur. Səfər qrafiki saatlar biri-birini elə sürətlə əvəzləyir ki, düşünməyi və yazmağı eyni vaxtda sinxronlaşdırmaq sadəcə mümkünsüz olur.

İkincisi, səfərlər isə sadəcə foto və ya videoçəkilişlər üçün olmadığı üçün onların təbii ki, bir danışan dili olmalıdır. Söhbət işğaldan azad olmuş bölgələrdən gedirsə, bu zaman heç şübhəsiz ki, müqəddəs yerləri təkcə görmək yox, gördüklərimizlə bağlı təəsuratlar da düşündürücü olmalıdır. Ora getmək istəyənlər üçün bir təəsurat yaratmalıdır.

Ona görə təbiət gözəlliklərindən, ağlasığmaz döyüş əməliyyatları vasitəsilə alınan torpaqlarda qəhrəmanlıq səhnələri ilə bağlı təəsuratlardan, görülən və görülməli olacaq işlərdən, gözləntilərdən yazacam.

İlk olaraq onu deyim ki, hər bir vətəndaşın gedib görməli olduğu bir yerdir. İstənilən həmvətənimiz hansısa xərclərinin br hissəsindən kəsib, 149 manat ödəməklə 2 günlük tura çıxa bilər. Burada heç bir məhdudiyyət yoxdur. Amma absurd burasıdır ki, əgər insanın kommersiya banklarına ödəməli olduğu vəsaitlə bağlı məhkəmə qərarı varsa, bu zaman həmin insana dövlət portalında “stop” qoyulur və həmin şəxs qeydiyyatdan keçə bilmir.
Guya həmin şəxsin bank öhdəliklərini icra edə bilməməsi səbəbindən sərhəddən Ermənistana keçəcək?
Burasın heç anlamaq olmur. Getmək qərarınız olan zaman bunu da nəzərə almağımız lazım...

Yol qeydlərin ancaq yaddaşa yazmalısan ki, sonradan onları xatırlaya və qeydlər formasına sala biləsən.
Yolla gəlirik... Asılı edildiyimiz yoldan yox, asılı etdiyimiz yoldan!

Paralel.az 

0.031137943267822