"Get, Heydər Əliyev fondu kömək etsin!" -  Professor 

 

Professor İdris Abbasov yazır...

Akademik diplomlu İsa Həbibbəyli (İsa Həbibov) və onun yaxın dostu, professor attestatlı Nadir Məmmədli (Məmmədov)! Bir AMEA prezidenti, deputat, Baş direktor, naşir, direktor və s. kimi siz "yaxşılıq" etməyinizin mənasını açıqlaya bilərsinizmi? Ən böyük yaxşılığınız ondan ibarətdir ki, özünüz və ətrafınız milyonlar içində üzdüyünüz halda kirayə haqqını verə bilməyən həmkarınız ailəsi və xəstə övladı ilə taleyin hökmünə qalıb. Əqidəsini dəyişib dövlətə, xalqa kələk gəlmədiyi üçün ona nifrət edirsiniz. Siz dəhşətsiniz! Ayıb olsun sizə!
Yaxşılıq təklifiniz odur ki, sizin əlbir olub dövlətə vurduğunuz ziyanı ifşa etməyim, başımı salım aşağı sizinlə bərabər gələcəyimizi söküb-dağıdım. Axı nəyə görə?! Düşmən oylağındayıq?! Belə əməllərinizin ölkəmizə xəyanət, düşmənçilik olduğunun heç fərqində deyilsinizmi?
Unutmayın ki, hər bir Azərbaycan vətəndaşının, o cümlədən mənim də normal həyata, dövlət qayğısına haqqım var. O təminata yaltaqlıqla, xəyanətlə, çapıb-talamaqla, riyakarlıqla nail olmaq satqınlıq və əclaflıqdır.
Mən və mənim kimilər vəzifələri tutmuş sizin kimi məsuliyyətsizlərin üzündən öz Vətənlərində zülm çəkirlər. Yaxşı bilirsiniz ki, mən təmin olunacağım təqdirdə də "yaxşılıq" bilməyəcəyəm, dövətin, xalqın xeyrinə həqiqətləri söyləməkdən, sizin idbar əməllərinizi ifşa etməkdən vaz keçməyəcəyəm. Ona görə də, vəzifələrinizi dövlətin zəiflədilməsinə, özününzün və dəstənizin güclənməsinə sərf edirsiniz. Bilin ki, maddi təminat müqabilində vətəndaşların ləyaqətini satın almağa səy etmək dövlətin varlığına tüpürməkdir. Dürüst, ləyaqətli vətəndaş güclü dövlətin vacib atributudur.
İllər uzunudur, müxtəlif adlarla mənim övladlarımın dərman puluna qədər yeyib özünüzə və əhli-əyalınıza dünya mülkü yığmısınız. Qaldırsalar, hərənizin altından milyonlar çıxar. Böyük bir qurumun başında oturub dövlətin pulunu öz xeyrinizə lüzumsuz, mənasız kitab çapına, əvvəllər isə musiqi mərkəzlərinə, maqnitofonlara, dövləti və xalqı aldatmağa, mən bilmədiyim daha nələrə yönəldib dövlətə və xalqa ziyanlı fəaliyyətlərə yönəldirsiniz.
Sizə kömək üçün müraciət edən alimə "get, Heydər Əliyev Fondu kömək etsin!" deməkdən utanmırsınız. Bəs siz nə üçünsünüz axı?! Akademiyanı oylaq sanıb şellənmək, övladlarınızı eyş-işrətə qərq etmək, vəzifələrə yerləşdirmək, dostlarınızı doktor, professor, Baş direktor, direktor kimi səlahiyyətləndirmək, sonra akademik, müşavir və s. etmək, basabasa salıb disserttasiya müdafiəsi şənlikləri keçirmək, dövlətə, Vətənə, insanlığa bağlı şəxsləri sıxışdırmaq, onlar haqqında pis rəy formalaşdırmağa çalışmaq, rüşvətə, saxtakarlığa qurşanmış və ya akademşəbəkə tərfindən qurşandırılmış alim adlı tayfaya "İdris Abbasovun fəaliyyəti sizin qazancınızın əleyhinədir" deyib düz söz deyənləri hücuma məruz qoymaq hansı dövlətçiliyə, azərbaycançılığa, ümumən, insanlığa mütabiqdir?! Azərbaycan dövlətinin köksünə çöküb gəncliyin ruhu üzərində kef bardaşları qurub oturmaq milli heysiyyətsizliyin zirvəsidir. Fəth etdiyiniz zirvənin mənzərəsi necə də qəbihdir!

Paralel.az 

0.067070960998535