Azərbaycan Notariat Palatası bir sıra vəzifələr üzrə vakansiya elan edib
Azərbaycan Notariat Palatası bir sıra vəzifələr üzrə vakansiya elan edib.
Qurumda rəis müavini, baş məsləhətçi və mətbuat katibi vəzifələrinə işçi axtarırlır.
Hər 3 vəzifə üçün iş şərtləri həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək müəyyən edilib.
Qurumla əməkdaşlıq edəcək şəxslərlə əmək müqaviləsi bağlanacaq. Namizəd mütləq ali təhsilli olmalıdır.
Hüquq üzrə ali təhsil alanlar, azı 5 il tədris təcrübəsi olanlar, azı 1 xaici dil bilənlər və Microsoft Office (Word, Excel, Power Point) proqramlarını bilənlər sözügedən vəzifələrdə işləyə bilər.
Mətbuat katibi vəzifəsi üçün namizəd olan şəxslərdən isə mətbuat sahəsində azı 5 il iş təcrübəsi tələb olunur.
Palatanın fəaliyyəti haqqında www.aznotary.az saytından ətraflı məlumat ala bilərsiniz.