Nazim Quliyev yenidən həbs olunub - 2 nəfərə qarşı dələduzluq edib

Nazim Quliyev yenidən həbs olunub - 2 nəfərə qarşı dələduzluq edib
 

Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Paralel.az Musavat.com-a istinadən xəbər verir ki,  Nazim Quliyev 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

O, bu ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb. 

İttiham təsdiq olunarsa,  onu 12 illik həbs cəzası gözləyir. 

 

0.27939009666443