Məmməd Talıblı yazır...

Məmməd Talıblı yazır...
 

Bir toplumu güclü edən təkcə maddi, iqtisadi və hərbi gücündə deyil. Onun mənəvi gücü və ruhani qüdrətindədir.

Mənəviyyatı qidalandıran mənbələrdən biri din dəyərləridir. Bir toplumda dini inanc, etiqatı və ruhani varlığı yox etsəz, yerdə sadəcə maddi varlıqlar qalar. O maddi varlıqlar isə atomlara parçalanaraq sonradan məhv olar. Çünki bir toplumun mənəviyyatını diri və müqəddəs saxlayan din dəyərləridir.

Gövhərağa məscidində bu otuz ildə hansı dinəzidd davranışlar olub, bilmirik. Bu məscid hansısa maddi təsirlərə məruz qalıb. Burada donuz da saxlayıblar, təsərrüfat anbarı kimi də istifadə ediblər.

Bilmirik... Biz bura müsəlman toplumu olaraq din ocağı olaraq baxdığımız üçün onun daşına, divarına fokuslanmırıq. Maddi varlıqlar yaradıla bilər, lakin ruhani varlıq gərək haradansa yüz illər boyu su içə, qidalana...

Bu məscidin müqəddəsliyi yenə də dini ritualları icra etmək üçün Şuşalıları və Şuşaya gələnləri əzan səsi ilə dini ritualları icra etməyə çağıracaq. Əzan vaxtı şəhərin üzərinə ruhani aura sahib olacaq. Buranı bir müsəlman toplumu, inanclı insanların yaşadıqları məkan olaraq ifadə edəcək. O zaman insan seli Gövhərağa məscidinin əzəmətində yenə də əvvəlki qüdrətini bərpa edəcək.

Allah Şuşalılara bu məsciddə Ramazan bayramı namazlarını qılmaq nəsib etsin! İnşAllah!

Paralel.az 

0.029362916946411