Terrorçulara dəstəkləyən bələdiyyə sədri həbs edildi

Terrorçulara dəstəkləyən bələdiyyə sədri həbs edildi
 

Hakkari Bələdiyyə Başçısı, DEM partiyasının üzvü olan PKK terror təşkilatına yaxından dəstək verən Mehmet Sıddık Akış vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib. 

Paralel.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bələdiyyə sədri barəsində aparılan istintaq çərçivəsində Van şəhərində polis tərəfindən saxlanılıb.

Nazirlik tərəfindən araşdırmalar zamanı bələdiyyə sədrinin terror təşkilatından davamlı olaraq təlimatlar aldığı da bəlli olub.

Bələdiyyə sədri barəsində Hakkari 1-ci Ağır Cəza Məhkəməsində “Silahlı terror təşkilatına rəhbərlik etmək”, “silahlı terror təşkilatına üzv olmaq” və “təşviqat üçün təbliğat aparmaq” maddəsi ilə başlanan cinayət işinə baxılıb.

Bələdiyyə sədrinin həbsindən sonra Hakkari Təhlükəsizlik İdarəsi  bələdiyyə binası ətrafında təhlükəsizlik tədbirləri həyata keçirib. Bələdiyyə binasının önünə gələrək içəri daxil olmaq istəyən DEM Partiyası üzvlərinə polis icazə verməyib.

 

0.04047679901123