ABŞ senatoru: Baydenin qərarları dünya müharibəsi riskini artırır

ABŞ senatoru: Baydenin qərarları dünya müharibəsi riskini artırır
 

“ABŞ Prezidenti Cozef Baydenin qərarları yeni dünya müharibəsi riskini artırır”.

Bunu ABŞ senatoru Ceyms Devid Vens bildirib.

“Mən indicə Rusiyada baş verənlərlə bağlı etibar etdiyim bir dostumla danışdım. Düşünürəm ki, nüvə müharibəsi riski indi həyatımda heç olmadığı qədər böyükdür. Bayden yuxuda Üçüncü Dünya müharibəsinə doğru gedirmiş kimi görünür”,- deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken mayın 31-də Baydenin Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə razılıq verdiyini təsdiqləyib.

Amerika diplomatiyasının rəhbəri deyib ki, söhbət ancaq Rusiyanın Xarkov yaxınlığındakı regionlarına zərbələrdən gedir.

Eyni zamanda o, Amerika silahlarının Rusiya ərazisinə hücumlarının spektrinin artacağını istisna etməyib.

Paralel.az

0.039649963378906