ABŞ Konqresi BCM-in İsrailə qarşı hərəkətlərini müzakirə edəcək
Amerikalı qanunvericilər gələn həftə Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu, eləcə də bu ölkənin digər rəsmi nümayəndələrinin həbsinə order vermək niyyətinə ABŞ-ın mümkün cavabını müzakirə etmək niyyətindədirlər.
Paralel.az “Report”a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
Onun sözlərinə görə, müzakirələr bu həftə baş tutacaq: “Mən qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindəyəm”.
Spiker əlavə edib ki, hazırda demokratlar və respublikaçılar qanun layihəsinin məzmununu müzakirə edirlər:
“Biz inanırıq ki, həm Respublikaçılar, həm də Demokratlar bir araya gələrək beynəlxalq ictimaiyyətə Beynəlxalq Cinayət Məhkəməsinin sui-istifadələrinin davam etdirilməsinə icazə verilməyəcəyi barədə aydın mesaj göndərməsi vacibdir”.