Qərbi Azərbaycan Xronikası: "Təpəbaşı məscidinin imam otağında erməni ailələri məskunlaşıblar" - VİDEO
300 mindən çox Qərbi azərbaycanlı Ermənistan ərazisindəki ata-baba yurdundan deportasiya olunub".
"Report"un xəbərinə görə, bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar deyib.
O bildirib ki, burada dəyən mənəvi zərərlə yanaşı maddi zərər də var: "Bildiyimiz kimi, son deportasiyada soydaşlarımız özləri ilə yalnız bir neçə lazımi əşyaları götürə biliblər. Biz peyk görüntülərinə baxdığımız zaman görürük ki, həmin mülklər dağıdılmış və boş vəziyyətdədir. Biz siyahıyaalma prosesi zamanı soydaşlarımızın mülklərinin hər birini qeydiyyata almışıq".
Ü.Zülfüqar bildirib ki, qayıdış baş tutduqdan sonra, Ermənistan hökuməti mülkiyyətə dəyən zərəri ödəməlidir: "Ermənistan tərəfi bunu etməyə məcburdur, çünki soydaşlarımızı oradan zorla deportasiya edib".
O qeyd edib ki, Təpəbaşı məscidi İrəvandakı tarixi Təpəbaşı məhəlləsində yerləşir: "Məscid Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilib. Tamamilə kərpicdən olan abidənin divarlarının qalınlığı 1,5 metrdir. Hazırda dağıdılmış vəziyyətdə olan məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşıblar. Bu gün Ermənistan soydaşlarımızın izini itirmək məqsədilə Təpəbaşı məscidinin də yerləşdiyi təpəbaşı məhəlləsini, sökməklə bağlı planlar qurur, dağıdılan irsimizə ədalət tələb edirik".