SHXÇDX-nin yeni rəhbərliyi hərbi çağırış sisemini sağlamlaşdırıb

SHXÇDX-nin yeni rəhbərliyi hərbi çağırış sisemini sağlamlaşdırıb
 

Sabiq xidmət rəisinin əliəyri komandası ləğv olunub

Cənab Prezident Azərbaycanda bütün sahələrdə olduğu kimi ölkənin müdafiə qüdrətinin daha da güclənməsinə daim xüsusi diqqət yetirir, hər an ölkənin hərb sisteminin güclənməsi qayğısına qalır.

Ölkənin müdafiə qüdrətinin güclü olması dövlətin həm də yüksək iqtisadi inkişafı ilə, ən modern hərbi silah-sursatla təmin olunması və ən yeni, müasir texnika ilə təchiz edilməsilə yanaşı, eyni zamanda, hərbi sahədə əsas aparıcı qüvvə olan əsgər və zabitlərin sağlam olmasından çox asılıdır.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ermənistanın işğalı altında olan torpaqları qəhrəman Ordumuzun hərbi gücü ilə azad edərkən, həm də ölkəmizin hərb sisteminin nəyə qadir olduğunu, güclü və zəif cəhətləri barədə bilgilər əldə etdi.

Ölkə Prezidenti bu prosesdə həm də hərbi xidmətə çağırılan çağırışçıların sağlamlığı barədə dəqiq məlumat əldə etdi. O, SHXÇDX-nin sağlamlarla bərabər, xəstə çağırışçıların da hərbi xidmətə göndərildiyini müəyyən etdi və dərhal təxirəsalınmaz tədbirlər gördü.

Cənab Prezident hərbi çağırışçıların hərbi xidmətə çağırılması prosesində yol verilən mənfi faktları əlində əsas tutaraq, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rəisi Arzu Rəhimovu vəzifədən azad etdi.

Müzəffər Ali Baş Komandan ardınca əvvəllər 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışmış və idarə rəisinin müavini vəzifəsinədək yüksəlmiş, son illər “Kapital Bank” ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində çalışan Mürsəl Qorxmaz oğlu İbrahimovu 17 aprel 2023-cü il tarixdə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edib.

Həmin təyinatdan keçən son bir ildə artıq əvvəlki SHXÇDX-nin tərkibi tamamilə dəyişmiş, sağlam qüvvələr hesabına gücləndirilib və dövlətin bütün çağırış sistemi korrupsioner və rüşvətxorlardan tamamilə təmizlənibdir.

Bu sağlam fəaliyyət SHXÇDX-nin Abşeron rayon idarəsinin fəaliyyətində çox aydın görünür.

  Abbas

 Paralel.az

0.03650689125061