"Liv Bona Dea" Bakı xəstəxanasının həkimi Məhərrəm Nəsifov xəstələrdən rüşvət alır - Şikayət

 

TƏBİB və Səhiyyə Nazirliyi arasında bölünmüş tibb müəssisələrində rüşvətxorluğun çox geniş yayılması barədə əhalinin narazılığının hər gün mediaya daxil olması ölkədə xoşagəlməz hal alıb.

Dünən günün ikinci yarısında redaksiyaya təşrif buyuran xəstə Nazim Quliyev hal-əhvaldan sonra "Liv Bona Dea" Bakı xəstəxanasında həkim Məhərrəm Nəsifov tərəfindən onun başına gətirilən hadisədən danışdı və şikayət etdi.

Xəstənin dediyinə görə, "Liv Bona Dea" Bakı xəstəxanasının həkimi Məhərrəm Nəsifov xəstə Nazim Quliyevin ürəyinə tibbi sığorta əsasında stend qoyub. Əməliyyat bitdikdən sonra, həkim xəstə evə buraxıldığı məqamda böyük tibb bacısını xəstə Nazim Quliyevin otağına göndərib. Tibb bacısı xəstənin kassaya 710 manat borcu olduğunu və ödəməyi tələb edib.

Xəstənin deməsinə görə, bu hadisədən sonra ara qarışıb, məstəb itib. Əsəb gərginliyi keçirən Nazim Quliyev ona göndəriş verən Abşeron rayon Tibbi Sığorta Agentliyinə zəng edib. Agentlikdən xəstəyə bildiriblər ki, bütün əməliyyatın xərci ödənib və siz həkimə pul ödəməli deyilsiniz.

Zəngdən sonra xəstə Nazim Quliyev həkim Məhərrəm Nəsifovun otağında görüşüb, həkimdən Tibbi Sığorta əsasında əməliyyat olunduğu halda, nə üçün 710 (yeddi yüz on) manat pul ödəməli olduğunu soruşub. Həkim Məhərrəm Nəsifov xəstəyə bildirib ki, balonlama işi aparıb, əməliyyatda əlavə iş görüdüyü üçün 710 manat pulu kassaya ödəməlisiniz. Əks təqdirdə "haqqımı sənə halal etmirəm" - deyib.

Həkimin sözündən kəskin əsəbi gərginlik keçirən xəstə Nazim Quliyev evə istirahətə getmək əvəzinə, dərhal "Paralel qəzeti" MMC Holdinqin redaksiyasına və həkim Məhərrəm Nəsifovun rüşvətxorluğundan şikayət etməyə üz tutub.

Nazim Quliyev redaksiyaya onu da bildirdi ki, həkim Məhərrəm Nəsifovla mübahisə edib, onun yazdığı resepti üstünə atıb, otağından çıxanda 2 nəfər xəstə sahibi Nazim Quliyevə yaxınlaşıb. Həkim Məhərrəm Nəsifovun onların birindən 800 (səkkiz yüz) manat, digərindən isə 850 (səkkiz yüz əlli) manat sığotadan əlavə rüşvət istədiyini bildiriblər.

Baxın, biz həkimin rüşvətxorluqla məşğul olması barədə faktı yazdıq, gözləyək görək, TƏBİB, Səhiyyə Nazirliyi hansı tədbir görəcək?!

0.015177965164185