Keçmiş məcburi köçkün: Fərəh hissi keçiririk

Keçmiş məcburi köçkün: Fərəh hissi keçiririk
 

Laçını 27 yaşımda tərk etmişdim. Yurdumuza xoş hisslərlə qayıdırıq, fərəh hissi keçiririk.

Paralel.az xəbər verir ki, bu sözləri “Report”a müsahibəsində Laçına köçən keçmiş məcburi köçkün Gülnarə Mirzəyeva deyib.

O, qeyd edib ki, həyatının unudulmaz anlarını yaşayır: “Otuz iki il sonra yurdumuza dönməyimizlə əlaqədar sevinc içindəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qazi, şəhid ailələri haqlarını bizə halal etsin”.

“Əhd etmişdim ki, gedib Laçında yaşayım-yaradım, işləyim. Laçına həyat yoldaşım, oğlum, iki nəvəmlə qayıdıram. Laçını tərk edəndə övladlarımın 5-6 yaşı vardı, indi nəvələrimin 5-6 yaşı var.
Laçın üçün çox darıxmışdıq. Ora çatan kimi ilk olaraq dünyasını dəyişmiş doğmalarımızın məzarlarını ziyarət edəcəyik”, - G.Mirzəyeva deyib.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb.

İndiyədək Laçın şəhərində 513 ailənin, yəni 1 906 nəfərin daimi məskunlaşması təmin edilib.

 

0.03098201751709