"Bunu Azərbaycanda ilk dəfə mən etmişəm"
"Azərbaycanda ilk özəl şadlıq evini mən açmışam. Bu isə bir ilk olub. Ondan sonra isə digərlərinin açılışı oldu".
Paralel.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Qonaqcanlı" verilişində deyib. Sənətçi bunu heç kimə möhtac olmamaq üçün etdiyini bildirib:
"Mən bu işi görəndə insanlara qəribə gəlirdi. Deyirdilər ki, müğənninin bu bizneslə nə işi var. Bir dəfə mərhum Xalq artisti Aftandil İsrafilov dedi ki, "Canım üçün ağıllı oğlansan. İbrahim Tatlısəsin də məkanları var". Onu kənara çəkib dedim ki, bütün ifaçıların son aqibətini, kimlərin bu dünyadan necə getdiyini bilirəm.
Belə bir misal var: "Allah sağ əli sol ələ möhtac etməsin". Allahdan bir arzum olub ki, məni yaşadığım müddətdə nəinki heç kimə, övladlarıma da möhtac etməsin. Gəlib o yaşa çatacağam, ya yox, Allahın işidir. Şükür Allaha, toya getsəm də, getməsəm də mənim üçün heç nə dəyişmir".(axşam.az)