Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib
 

Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin bildirib ki, Ümummilli Liderin siyasətini müasir müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yeni tarixi uğurlarla səciyyələnib:

"Onun qətiyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın əzmkarlığı, Silahlı Qüvvələrimizin qüdrəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalmış dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində azad edilib. Bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimiz erməni işğalçılarından təmizlənib və ərazi bütövlüyümüz bərpa olunub. Hazırda erməni vandalizminə məruz qalmış ərazilərdə dövlətimizin başçısının və birinci xanımın şəxsi nəzarətləri ilə abadlıq-quruculuq işləri həyata keçirilir."

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar. Bundan əlavə, azərbaycanlı kursantlarla görüşüb, onların təhsil, məişət şəraitləri, qayğı və problemləri ilə maraqlanılıb.

Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşüb.

0.025063991546631