İmişlinin icra başçısı memarın möhürünü seyfində saxlayır - İş adamları şikayət edir
Bəlkə də son zamanlar icra hakimiyyətlərində memarların rüşvətxorluqla məşğul olmalarının qarşısını almaq məqsədilə bu hərəkəti müsbət hadisə kimi dəyərləndirmək olardı.
Amma təəssüf ki, İmişli iş adamları İmişlinin icra baçısı Elçin Rzayevin memarın möhürünü seyfində saxlayıb, torpaq alan və digər insanlardan rüşvət almaq üçün istifadə etməsi xəbərini verdilər.
Sən demə, icra başçıları təzə qazanc yeri kəşf ediblər, tabeliklərində olan memarların möhürlərini alıb, qazanc əldə etmək üçün ondan özləri istifadə edirlər.
Yerlərdən gələn xəbərlərə görə, memarın möhürünü zəbt edən Elçin Rzayev tək deyil, ölkə rayonlarında olan yerli hakimiyyət orqanlarında çalışan məmurlardan kimin möhür vurmaq, icazə vermək səlahiyyəti varsa, icra başçıları onların möhürlərini zəbt edib, öz seyflərində saxlayır və rüşvət almaq məqsədilə həmin möhürdən istifadə edirlər.
Paralel.az