NATO liderinə XƏBƏRDARLIQ EDİLDİ: "Diqqətli olun"
İtaliyanın Baş naziri Giorgia Meloni NATO-nun baş katibi Yens Stoltenberqə diqqətli olmağı tövsiyə edib.
Paralel.az xəbər verir ki, siyasətçi "RAI-3" telekanalının efirində alyans rəhbərinin Ukraynanın Rusiyaya Qərb silahları ilə zərbə endirməsinə icazə verməklə bağlı sözlərinə belə reaksiya verib .
Meloni etiraf edib ki, NATO sərt mövqe tutmalı və təxribatlara boyun əyməməlidir.
“Stoltenberqin niyə belə dediyini bilmirəm. Ehtiyatlı olmaq lazımdır. Mən sizə daha diqqətli olmağı məsləhət görürəm", - İtaliya hökumətinin başçısı deyib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Stoltenberqin çağırışını şərh edərək, onun mövqeyini İsveçrədəki sammit iştirakçılarının bilməsinin faydalı olacağını bildirib .
Mayın 25-də Stoltenberq Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsinə icazə verməyə çağırıb. Baş katibin sözlərinə görə, Kiyev Rusiya Federasiyasındakı “qanuni hərbi hədəflərə” zərbə vura bilmədiyi üçün ölkənin özünü müdafiə etməsi çətindir.