Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib

Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib
 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə 26 may Müstəqillik günü münasibətilə keçirilən paradda çıxışı zamanı Prezident Salome Zurabişvilini Vətənə xəyanətdə ittiham edib.

Paralel.az xəbər verir ki, hökumət başçısı Gürcüstanın çətin problemlərlə üz-üzə olduğunu, xalq-hakimiyyət birliyi sayəsində təhlükələrin öhdəsindən gəlindiyini qeyd edib.

"Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, - Kobaxidze deyib.

Baş nazir Gürcüstanın və onun müstəqilliyinin bu gün də ən çətin problemlərlə üz-üzə olduğunu, lakin bu gün gürcü cəmiyyətinin müstəqilliyin ilk illərinə nisbətən daha təcrübəli olduğunu deyib. Kobaxidze rəhbərlik etdiyi hökumətin Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində dayandığını əlavə edib.

 

0.014871120452881