Universitet 0.0 modelinə doğru .... - Dos. İlham Əhmədov
Universitetlərin inkişaf mərhələləri sənaye inqilbları ilə paralel gedir. Hal hazırda 4-cü sənaye inqilabını müşahidə etsək də , 5-ci sənaye inqilabının addım səsləri də getdikcə daha aydın eşıdılir. Universitetlər də ölkələrinin inkişaf səviyyəsindən asılı olaraq Universitet 1.0, Universitet 2.0, Universitet 3.0 modelləri mövcuddur. Hazırda Universitet 4.0 modeli nümunələri yaradılır.
Universitet 1.0- yalnız təhsil verirməklə məşğuldur..
Universitet 2.0- təhsil verməklə yanaşı elmi tədqiqat işləri də aparır.
Universitet 3.0- təhsil, tədqiqat və tədqiqatların kommersiyalaşdırılması ilə məşğuldur.
Bizim universitetlərimiz 70-80-cı illərdə Universitet 2.0 modelində fəaliyyət göstərirdi. 90-cı illərdən isə universitetlərimiz geriyə addımladı. Artıq 30 ildir ki, universitetlərimiz Universitet 1.0 modelinə keçib.
TN-nin ETN olması da vəziyyəti dəyişə bilməyib.
30 il ərzində maliyyələşməyən elmi fəaliyyəti canlandırmaq üçün universitetlərə intensiv və irihəcmli maliyyə yatırımı olmalıdır. Təbii ki, məqsədli inkişaf proqramları əsasında. Əks halda, əksər rektorlar, ənənə üzrə yenə bütün bu pulları daşa divara sərf edəcəklər.
Amma bir çox universitetlərimiz də real inkişaf proqramları hazırlamaq iqtidarında deyillər. Çünki, universitetlərin çoxunun ümumi potensialı aşağıdır. Amma hərəkət etmək lazımdır. 30 ilik durğunluq və deqradasiya daha da dərinləşəcəkdir. Amma "biz prosesləri yox, nəticələri maliyyələşdirəcəyik" kimi ziyanlı ideya universitetlərimizin tam tənəzzülünə səbəb olacaqdır.
Onda biz Universitet 1.0 modelindən Universitet 2.0 modelinə keçmək əvəzinə, Universitet 0.0 modelinə keçəcəyik.
P.S. Universitet 0.0 -yəni bu universitetdə nə elm, nə də təhsil var. Belə universitet modeli dünya təhsil tarixində heç vaxt olmayıb. Amma biz "təhsil islahatları"nı belə davam etdirsək, tezliklə 10-15 ədəd Universitet 0.0 modeli yaradacağıq. Bu dünya təhsil sisteminə bir təcrübə olacaq: "islahatları bizim kimi etməyin".
Paralel.az