Belaruslu politoloq: "Bakı Fransanın döyənəyini tapdalayıb"

Belaruslu politoloq:
 

Ötən gün Fransa Prezidenti Emmanuel Makron artıq iki həftədir qanlı etirazların davam etdiyi Yeni Kaledoniyaya gedib.

Səfərin sonunda Emmanuel Makron söz verib ki, toqquşmalara səbəb olan seçki ilə bağlı qanunvericilik sənədinin zorla qəbulu istisna edilir. Lakin bu açıqlama gələcəkdə qanuna dəyişikliklərin qəbul edilməyəcəyinə də zəmanət vermir.

Belaruslu politoloq, Avropaya İnteqrasiya Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov Oxu.Az-a müsahibəsində Yeni Kaledoniya ətrafında baş verən son olayların səbəblərinə toxunub.

- Fransanın təsir dairəsi hansı səbəbdən daralır?

- Mənə elə gəlir ki, bu, Fransanın 30 ildir Avropa İttifaqı (Aİ) kontekstində inkişaf etməsinin nəticəsidir. Aİ-də isə siyasi inteqrasiya elə qurulub ki, Avropa İttifaqının idarəetmə institutları (Avropa Komissiyası, Avropa Parlamenti) Aİ-nin üzvü olan milli dövlətlərin zəifləməsi hesabına güclənir. Bu zəifləmənin ocağı çox dərində yerləşir. Milli hökumətlərin səlahiyyətləri yavaş-yavaş Brüsselə keçir.

Avropa İttifaqı daxili inzibati islahatlara məruz qalıb. Bu isə ölkələri daxili idarəetmə subyektlərinə bölüb. Gəlin onları əyalətlər adlandıraq. Həmin əyalətlər böyük olmalı idi, sərhədlər isə ənənəvi mədəniyyət regionları boyunca çəkilib. Yığılan vergilər, əsasən, bölgələrdə qalmağa başladı, bu isə onlara Brüssellə qurulan siyasətlərini çox vaxt milli hökumət başçılarının üzərində aparmaq imkanı qazandırdı. Bütün bunlar Avropa Birliyinə üzv olan milli dövlətləri zəiflətmək üçün bir alətdir.

Qurulan bu oyun, həmçinin, Fransanın üzərindən keçdi. Nəticə etibarilə, dənizaşırı bölgələrə və Fransanın özündən kənarda olan ərazilərə təsir dairəsi zəiflədi. Brüsseldə onlar isə Yeni Kaledoniya, Niger və ya Malidə olanları xüsusi təqib etmirlər. Orada daha böyük kateqoriyalarda düşünürlər. Paris Avropaya inteqrasiya ilə zəiflədi və təsir sahəsində olan zonaları saxlamaq üçün lazım olan gücünü itirdi. Beləliklə, baş verən hər şey Fransanın Avropa Birliyinə üzvlükdən əldə etdiyi üstünlüklərin əks üzüdür.

- Müstəmləkəçilik və ya neokolonializm keçmişin qalıqları kimi xatırlanır, lakin dünyada hələ də 17 müstəmləkə var ki, onların bir çoxunu hələ də fransızlar idarə edirlər...

- ... təbii ki, bu, müstəmləkə dövrünün qalığıdır. Parisdən Fransız Qvianasını və ya Yeni Kaledoniyanı idarə etmək çətindir. Beləliklə həmən bölgələrdə insanlar narazıdırlar və biz də bunun şahidi oluruq. Müstəmləkə qalıqları olanlar çoxdur, sadəcə olaraq, Fransa bu cür qalıqların çoxluğu ilə seçilir.

- Yəqin, bilirsiniz ki, Paris Azərbaycanı Yeni Kaledoniyadakı iğtişaşlarda iştirakda ittiham etdi. Fransanın əsəbi reaksiyasına səbəb fransız müstəmləkəçiliyinin əleyhdarlarını birləşdirən Bakı Təşəbbüs Qrupunun yaradılması ola bilər. Onlar mütəmadi olaraq görüşlər keçirir, bəyanatlar verirlər. Yəni Bakı müstəmləkəçiliyə qarşı siyasi mübarizə meydanına çevrildi. Amma Azərbaycanın iğtişaşlarda iştirakından danışmaq qəribədir.

- Təbii ki, bu (Yeni Kaledoniyadakı iğtişaşlarla bağlı Bakıya qarşı ittihamlar - red.), ekzotik görünür. Amma ola bilsin ki, Bakı Fransanın ayağındakı döyənəyini tapdalayıb və əgər Azərbaycan bunu bilərəkdən edibsə, bu hal tarix kitablarına salınmalıdır (gülür).

 

0.016139984130859