30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şabranda dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rahib Ağaseyid oğlu Mirzəyevin qalıqları torpağa tapşırılıb.
APA xəbər verir ki, şəhid Rahib Mirzəyevlə doğulduğu Şabran şəhərində vida mərasimi keçirilib.
Şəhidin qalıqları Şabran səhər qəbiristanlığında dəfn olunub.