Bu Avropa ölkələri Fələstin dövlətini tanıdılar

Bu Avropa ölkələri Fələstin dövlətini tanıdılar
 

“Hələlik nə aparıcı Avropa dövlətləri, nə də ABŞ Fələstini müstəqil dövlət olaraq tanımır. Hamıya bəllidir ki, Fələstin xalqının dövlət qurmaq hüququ var. Bu hüquq onlara BMT qərarı ilə verilib. Amma bir sıra aparıcı dövlətlər İsrail dövlətini tanısalar da, Fələstin dövlətini tanımaq istəmirlər”

Qeyd edək ki, son zamanlar Avropa İttifaqının bir sıra dövlətləri Fələstini müstəqil dövlət olaraq tanımağa başlayıblar. Bu sırada ilk addımı İrlandiya, İspaniya və Norveç atıb. İrlandiyanın baş naziri Saymon Harris ölkəsinin Fələstini dövlət kimi tanıyacağını bildirib. İspaniya hökuməti isə mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq. Bu barədə ölkənin baş naziri Pedro Sançes çərşənbə günü Deputatlar Konqresində çıxışı zamanı bildirib. Ümumiyyətlə, bu günə qədər Azərbaycan da daxil Fələstini 140 dövlət tanıyıb. Amma onların içərisində ABŞ və Avropanın aparıcı dövlətləri hələ ki, yox

0.27642583847046