Əfv Komissiyası yenidən toplaşır
Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə “Qafqazinfo”ya Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq: “Bu gün Əfv Məsələləri Komissiyasının 6-cı iclası keçiriləcək. Amma bunun sonuncu olacağı bilinmir, ola bilər ki, daha bir iclas olsun. Bu, saat 3-də keçiriləcək iclasda məlum olacaq. Artıq demək olar ki, müraciətlər də yekunlaşmaq üzrədir. Sənədlər toplanıb və sonra Prezidentə təqdim olunacaq”.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.