PİSA müzakirələri təhsilimizə nə verəcək?
- Dos. İlham Əhmədov
Bakıda PİSA üzrə II ISESCO Nazirlər Konfrası keçirilir.
ETN E. Əmrullayev açılış mərasimində qısa çıxış edib. Lakin bu qısa çıxış bizdə xeyli suallar yaratdı. Nazir çıxışı zamanı deyib ki, "... kiçik elementlərdən istifadə etsək, təhsildə yaxşı yerlərə gəlib çata bilərik”.
Bizcə, bu çox uzun və səmərəsiz yol ola bilər. Ondansa, "böyük elementlərdən istifadə etsək, təhsildə yaxşı yerlərə daha tez gəlib çata bilərik".
Bu böyük element nədir? Bu ölkənin fasiləsiz təhsil sistemini viran qoyan fasiləsiz repetitorluqdur. Nə qədər ki, repetirtorluq kütləvi formada, mütəşəkkil və fasiləsiz olaraq aparılır (5-25 yaş arası), heç bir təhsil islahatından, "təhsildə yaxşı yerlərə gəlib çatmaq"dan söhbət gedə bilməz.
2-ci böyük element məktəblərin keyfiyyətli dərslik və tədris metodik materiallarla təminatıdır. 30 ilə normal dərsliklər yaza bilmədiksə, təhsilin keyfiyyətini necə qaldıracağıq?
Tədbirdə Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər v.s. ölkələrdən gələn 40-dan çox nümayəndə iştirak edir, yaxşı olar ki, bu qonaq nazirlərə suallar verək: Sizin ölkələrdə kütləvi və fasiləsiz repetitorluq fasiləsiz təhsil sistemini əvəz edərsə, "siz nə edərsiz ona?". Əminəm ki, peşəkar təhsil nazirləri bundan çıxış yolunu bizlərə göstərə bilərlər. yaxud, siz nə edirsiniz ki, məktəb dərslikləriniz keyfiyyətlidir? Yaxud, siz təhsilin inkişafı üçün hansı layihələr icra edirsiniz, buna nə qədər maliyyə sərf edirsiniz, bu layihələrin icra və maliyyə monitorinqini aparırsınızı ? Bu layihələrlə hansı
Əgər bu imkandan istifadə edib, belə bir müzakirələr və diskussiyalar aparılmazsa, çıxış yolu tapılmazsa, onlardan 30 il ərzində həll edə bilmədiyimiz problemlərin həlli reseptləri alınmazsa, onda nə " kiçik elementlərdən istifadə etsək", nə də "böyük elementlərdən istifadə etsək, təhsildə yaxşı yerlərə heç vaxt gəlib çata bilmərik”.
Nazir daha sonra deyir: "Azərbaycanda təhsilin yaxşı olub-olmadığını anlamaq üçün müqayisə aparmaq lazımdır." Düzdür. Biz 25 ildir belə müqayisələr aparırıq və nəticələri də çox pisdir, bunu yazırıq və deyirik, hərçənd heç bir menecerin ruhu incimir bundan. O, cümlədən PİSA nəticələrinin çox PİS olmasını da deyirik.
Nazir daha sonra deyir: "Qarşımızda mürəkkəb vəzifələr durur. Biz təhsili necə daha yaxşı yerə gətirə bilərik? .... Biz başa düşürük ki, uşaqların ailə ilə söhbətləri də onların riyaziyyat göstəricilərinə təsir göstərir."
11 il məktəbə gedən uşağın keyfiyyətli təhsil alması üçün məktəbdə keyfiyyətli tədris prosesi bərpa edilməlidir, uşaqların valideynlərlə söhbəti məktəbdəki dərsi ya keyfiyyətli dərsliyi əvəz edə bilərmi? Bu söhbətin tədrisə nə dəxli var? Bu söhbət yalnız "repetitorların aylıq pulunu bu ay necə ödəyək?" kimi ola bilərdi.
Paralel.az