Azərbaycanda tanınmış həkim özünü güllələdi

Azərbaycanda tanınmış həkim özünü güllələdi
 

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor  Nəsib Quliyev vəfat edib. 

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib. 

Əldə etdiyimiz məlumata görə o özünü güllələyib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

  ***

Məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb.

Bildirilib ki, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

Qeyd edək ki, N.Quliyevin meyiti morqa təhvil verilib. İlkin müayinənin nəticəsi hələ ki açıqlanmayıb.

 

0.029383897781372