Qriqoryan Sankt-Peterburqda keçiriləcək iclasda iştirak etməyəcək

Qriqoryan Sankt-Peterburqda keçiriləcək iclasda iştirak etməyəcək
 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin Beynəlxalq Toplantısında iştirak etməyəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin Beynəlxalq Toplantısı 2010-cu ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının himayəsi altında keçirilir.

 

0.015277862548828