Məşhur mədəniyyət ocağı niyə pis vəziyyətdədir? - VİDEO

Məşhur mədəniyyət ocağı niyə pis vəziyyətdədir? - VİDEO
 

Zaqatalanın Muxax kəndində 68 il əvvəl tikilib istifadəyə verilmiş mədəniyyət evi yararsız haldadır.

Bir vaxtlar böyük konsertlərə şahidlik etmiş mədəniyyət ocağında hazırda baxımsızlıq səbəbindən mədəni-kütləvi tədbirlər keçirilmir.

“Avadanlıqlar da, binanın özü də yararsız vəziyyətdədir. Əvvəllər buraya Zeynəb Xanlarova kimi adlı-sanlı Xalq artistləri gəlirdilər. İndi isə heç bir şərait yoxdur”, - deyə sakinlər narazılıq bildiriblər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

0.021095991134644