Nigar Camal Aygün Bəylərdən yazdı: "Darıxıram" - VİDEO

Nigar Camal Aygün Bəylərdən yazdı:
 

Məşhur müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib.

Sənətçi şəxsi instaqram hesabında mərhum Əməkdar artist Aygün Bəylərin görüntülərini paylaşıb.

Nigar videoya ingilis "Sənin üçün darıxıram" sözlərini də əlavə edib.

Görüntülər Aygün Bəylərin ötən ilin dekabrın 26-da baş tutan sonuncu konsertində çəkilib. 

Xatırladaq ki, Aygün Bəylər bu ilin yanvarın 7-də vəfat edib.  48 yaşlı Əməkdar artist uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

 

0.012022018432617