Monitorinqlərin nəticələri açıqlanıb -
40-a yaxın bağça müdiri işdən çıxarılıb, 200-ə yaxın müdir isə...
Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Paralel.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
O bildirib ki, monitorinqlər çərçivəsində 40-a yaxın müdir işdən çıxarılıb:
"Eyni zamanda 200-ə yaxın məktəbəqədər təhsil müəssisəsinjn müdirinə töhmət, şiddətli töhmət və xəbərdarlıq verilib".