"AĞIL DIŞI", YOXSA?... - Həsən Əliyev
"AĞIL DIŞI", YOXSA?...
Bu gün "Bakı" telekanalında "ağıl dişi" haqqında jurnalistlər vətəndaşlardan və ixtisaslı həkimlərdən müsahibələr aparıb, televiziya tamaşaçılarına təqdim etmişlər.
Sualların əksəriyyəti bənzər halda cavablandırılmışdı.
Cavablarda "ağıl dişi"nin 16 yaşdan sonra çıxdığı-yəni insanlarda kamillik dövrünün başlanğıcı ilə eyni dövrə təsadüf olunduğu məntiqi cəhətdən izah olunmağa çalışıldı.
Sual olunur bəs niyə əqildən zəif adamlara ağıl dişi kömək etmir?
Və yaxud, insanların hamısı niyə ağıllı deyillər?Halbuki bu dişi insanların hamısı çıxarır.
Təəssüf ki, bu suallara doğru cavabı eşitmək mümkün olmadı...
Əslində jurnalistlər bu müsahibəni ixtisaslı həkimlər kimi, ixtisaslı dilçilərlə də aparmalı idilər.
Həkim yoxkən "ağıl dişi" sözü var idi.Bu sözü bizım qədim əcdadlarımız yaratmış və bizə miras qoymuşlar.
"Ağıl dişi" sözünə dilçilik nöqteyi-nəzərdən baxdıqda, sözün keçən zamanlar içərisində özünün ilkin formasının deformasiyaya uğradığıını müşhidə etmək mümkün olur.
Əslində"ağıl" sözü "axır" sözünün assimlatik formasıdır.
Müsahibə verən ixtisaslı həkimlər də cavablarında bu dişin insanlarda ən axırda çıxdığını təsdiqlədilər.
Bu sözün tapılmasında dilçilik faktoru - məntiq və sözduyumu əsaslı rol oynayır.
"Axır" sözündə praktik fonetik hadisə "x-ğ və r-l" mümkün samit əvəzlənmələri baş vermiş və söz günümüzə "ağıl" şəklində gəlib çatmışdır.
"Axır diş" sözü təhrif olunaraq günümüzə "ağıl dişi" kimi çatmış və doğru olmayan vətəndaşlıq hüququ qazanmışdır.
Müəllif: Həsən Əliyev
Paralel.az