Sabah Sumqayıtın bir hissəsində su olmayacaq

Sabah Sumqayıtın bir hissəsində su olmayacaq
 

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən məlumat verilib

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.

 

0.0092301368713379